“Bu, müharibəyə deyil, sülhə hazırlıqdır” - Paşinyan
"Ermənistanın hərbi xərclərinin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Çünki təhlükəsizlik sülh və sabitliyin ən vacib təminatıdır. Əminəm ki, qonşu ölkələr İrəvanın heç kəsə hücum etmək niyyətində olmadığını anlayırlar", - deyə Paşinyan qeyd edib.
O, həmçinin 2018-ci illə müqayisədə Ermənistanın müdafiə xərclərinin iki dəfədən çox artırılacağını bildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun