Bu ölkə 5 ABŞ şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək
Çin hakimiyyəti ABŞ-nin Tayvan hökumətinə silah tədarükü və Vaşinqtonun Çin şirkətləri və fiziki şəxsləri üzərindəki məhdudiyyətlərinə görə beş Amerika şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla, müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməklə "vahid Çin" prinsipini açıq-aşkar pozur", - bəyanatda bildirilir.