Bu ölkədə güclü zəlzələ - 6,1 bal...

İndoneziya sahillərində Banda dənizində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu ölkədə güclü zəlzələ - 6,1 bal...
İndoneziya sahillərində Banda dənizində 6,1 bal gücündə zəlzələ baş verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi bildirib.

Zəlzələnin episentri Ambon şəhərindən 345 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 11 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.