Bu oyunun penaltilər seriyasında qapılara 44 zərbə vuruldu

Şimali İrlandiya Liqa Kuboku oyununun penaltilər seriyasında qapılara 44 zərbə vurulub.

Bu oyunun penaltilər seriyasında qapılara 44 zərbə vuruldu
Şimali İrlandiya Liqa Kuboku oyununun penaltilər seriyasında qapılara 44 zərbə vurulub.

meqale.com report-a istinadən xəbər verir ki, bu, 1/8 finalın "Ballimena" - "Kolerayn" görüşündə baş verib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasına ehtiyac duyulub. Burada isə komandalar hərəyə 22 zərbə vurublar. Yekunda "Kolerayn" 18:17 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

Bu, futbol tarixinin ən uzun üçüncü penaltilər seriyası olub. Namibiya Kubokunun "Pelas" - "Siviks" görüşündə qalibi müəyyənləşdirmək üçün 48, İngiltərənin aşağı divizionunun "Vaşinqton" - "Bedlinqton" matçında isə 54 penalti zərbəsinə ehtiyac duyulub.