Bu tələbələrə təhsil krediti verilməyəcək
Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil.
meqale.com xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda yalnız Azərbaycan vətəndaşı olan tələbələr üçün kreditlər nəzərdə tutulub.
Bəhruz Əzimov gələcəkdə xarici vətəndaşlara kredit verilməsinin mümkünlüyünü şərtli olaraq zaminliklə əlaqələndirib: "Bu kreditlər yalnız Azərbaycan vətəndaşları üçün ayrılır. Gələcəkdə, zaminlik şərti ilə xarici vətəndaşlara da kredit verilməsi ehtimalı ola bilər, amma bu məsələ ilə bağlı indiyə qədər heç bir dəyişiklik yoxdur".