BYD-dən YENİLİK: 5 dəqiqəyə...
Çinli avtomobil istehsalçısı BYD, 5 dəqiqəlik şarjdan sonra 470 kilometrə qədər məsafə qət edə bilən sistem hazırladığını açıqlayıb.
meqale.com xəbər verir ki, "Super e-Platforma" adlanan sistem 1000 kVt-a qədər enerji doldurma sürəti təklif edir.
Bu sürət Teslanın "Supercharger" sistemindən iki dəfə sürətli olması ilə diqqət çəkir.
BYD-nin qurucusu Vanq Çuanfu yeni texnologiyadan məqsədin elektrik avtomobillərinin doldurulma müddətini daxili yanma mühərrikli avtomobillərin yanacaq doldurma müddəti qədər qısaltmaq olduğunu deyib.