Avtomobillərdə sensorlu ekranlarla bağlı - Xəbərdarlıq
Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırma avtomobillərdəki sensorlu ekranların sürücülərin diqqətini ciddi şəkildə yayındırdığını göstərib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,12 düymlük sensor ekranla təchiz edilmiş simulyatorda aparılan testlərdə sürücülərin zolaqdan çıxma halları 42 faiz artıb.
Sensor ekranlardan istifadə zamanı sürət və dəqiqlik göstəriciləri 58 faiz azalıb, zehni yük artdıqda isə bu azalma daha da dərinləşib.
Araşdırma göstərib ki, sürücülər yüksək zehni yük altında ekrana daha az baxır, lakin baxmadan toxunmağa daha çox cəhd edirlər ki, bu da təsadüfi toxunuşların və diqqət yayınmasının artmasına səbəb olur.