"BYD"nin planları suya düşdü - Gözlənilməz qərar
Çinli elektrikli avtomobil nəhəngi BYD bu il üçün satış proqnozunu 4,6 milyon avtomobilə endirib.
                        meqale.com xəbər verir ki, bu, əvvəlki plana nisbətən təxminən 16 faiz azalma deməkdir.
Mütəxəssislər bildirirlər ki, bu qərar şirkətin son beş ilin ən yavaş illik artımı ilə üzləşdiyini göstərir və rekord səviyyəli genişlənmə dövrünün sona çata biləcəyinə işarə edir.
Yəni, BYD əvvəl düşündüyü qədər çox maşın sata bilməyəcəyini görüb və hədəflərini aşağı salıb.