Çay DAŞDI: Lənkəranın da mərkəzi küçələri su ilə doldu - FOTO

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

Çay DAŞDI: Lənkəranın da mərkəzi küçələri su ilə doldu - FOTO
Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

meqale.com APA-ya istinadən bildirir ki,  səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələri su basıb.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.