Tunel çökdü, 30-dan çox insan dağıntılar altında qaldı
Hindistanın şimalındakı Uttarakhand ştatında tikilməkdə olan nəqliyyat tuneli çöküb, azı 36 işçi dağıntılar altında qalıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Hadisə yerində polis və Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin bir qrupu işləyir.
Dağıntılar altında qalanların sağ olub-olmadığı məlum deyil.