Cəlilabadda yanğında xəsarət alanların adları açıqlandı
Cəlilabad rayonunda evdə baş verən yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
meqale.com News24.az-a istinadla xəbər verir ki, onlar rayonun Buravar kənd sakinləri, 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərovdur. Hər iki qardaşın üz, boyun, əlləri və aşağı ətrafları yanıb.
Məlumata görə, onlar evdə baş verən yanğını söndürən zaman xəsarət alıblar.