“Çelsi” məğlub oldu, “Mançester Siti”dən geridönüş

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun növbəti görüşləri keçirilib.

“Çelsi” məğlub oldu, “Mançester Siti”dən geridönüş
Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun növbəti görüşləri keçirilib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu gün artıq üç qarşılaşma baş tutub.

"Çelsi" səfərdə "Everton"a məğlub olub. İlk hissə qapılara qol vurulmasa da, "Everton" ikinci hissədə təşəbbüsə yiyələnib.

46-cı dəqiqədə A.Doucur, əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə L.Dobbinin qolları "Everton"a qələbə qazandırıb.

Qalib gələn "Everton" 13 xalla turnir cədvəlinin 17-ci, məğlub olan "Çelsi" isə 19 xalla 12-ci sırada qərarlaşıb.