Cənub Qaz Dəhlizi ABŞ və Azərbaycan arasında uğurlu ikitərəfli tərəfdaşlığımızın təməlini təşkil edir - Erik Ceykobs

Cənub Qaz Dəhlizi ABŞ və Azərbaycan arasında ortaq maraqlara əsaslanan uğurlu ikitərəfli tərəfdaşlığımızın təməlini təşkil edir.

Trend xəbər verir ki, bunu bu gün ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinə böyük önəm verir.

"Bu gün, ixtiraçılıq və ambisiyanın nümunəsi olan Cənub Qaz Dəhlizi layihəsinin qeyd olunmasında iştirak etmək bizim üçün böyük qürur mənbəyidir. Layihə, Azərbaycanın enerji bolluğunu yalnız ölkənin deyil, bütün regionun rifahı üçün istifadəyə imkan verir. Azərbaycan artıq onlarla ölkəyə etibarlı təchizatçıya çevrilib", - o bildirib.

O vurğulayıb ki, Birləşmiş Ştatlar kimi, Azərbaycan da böyük enerji ehtiyatlarına malikdir.