Cənubi Qafqazda sülhün bərqərar olması məsələsini müzakirə edildi - - VİDEO - FOTO

Milli Məclisin deputatları Tural Gəncəliyev və Vüqar Bayramov ilə "EU Today" xəbər portalının naşiri və redaktoru Qeri Kartrayt "Baku Network" platformasında Cənubi Qafqazda sülhün bərqərar olması məsələsini müzakirə ediblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatından danışan Qeri Kartrayt bunu böyük nailiyyət adlandırıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatı çox gözlənilməz oldu. Mənim ilk reaksiyam Azərbaycan xalqı üçün sevinmək oldu", - o deyib.

Deputat Vüqar Bayramov isə öz növbəsində bu birgə bəyanatın iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində müsbət addım olduğunu qeyd edib.

Onun sözlərinə görə, sülhün bərqərar olunması təkcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun, o cümlədən, Gürcüstanın rifahına xidmət edir.

Müzakirə iştirakçıları, həmçinin, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı ilə əlaqədar məsələləri, o cümlədən, digər aktual mövzuları müzakirə ediblər.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: