"Çermet" körpüsünün yaxınlığında kran yandı - FOTOlar
Bakıda Ziya Bünyadov prospekti, "Çermet" körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib.
meqale.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.