Çexiyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Çexiyada qatarlar toqquşdu - Ölən və yaralananlar var
Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə iDNES xəbər portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Ətraflı

Bildirilib ki, hadisə nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Bəzi zərərçəkənlərin vəziyyətinin ağır olduğu deyilir.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, əraziyə 36 yanğınsöndürmə briqadası və 1 helikopter cəlb olunub.