“Cəzaçəkmə müssisələrində əlverişli seçki mühiti yaradılıb”
Ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, cəzaçəkmə müssisələrində də seçicilərin sərbəst seçimini təmin edəcək əlverişli seçki mühiti yaradılıb.
meqale.com Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Mərkəzi Seçki Komissiyasının Ədliyyə Nazirliyi ilə birgə layihəsi çərçivəsində keçirilən seminar-müşavirədə deyib.
M.Seyidov Azərbaycanın seçki qanunvericiliyinin vətəndaşlarımızın konstitusion hüquqlarının azad şəkildə reallaşdırılmasına tam təminat verdiyini vurğulayıb.
Nazir müavini Xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi üçün atılan addımlardan danışıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması istiqamətində işlərin uğurla həyata keçirildiyini bildirib.