“ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO

"ChatGPT" 2025-ci ilin mart ayında dünyanın ən çox yüklənən mobil tətbiqi oldu və bu göstərici ilə "TikTok" və "Instagram"ı geridə qoydu.

meqale.com xəbər verir ki, "Appfigures" analitiklərinin məlumatına görə, mart ayında "ChatGPT" 46 milyon dəfə yüklənib.

Ekspertlər bu sıçrayışlı artımı əsasən tətbiqə əlavə olunan yeni funksiyalarla əlaqələndirirlər.

Ən çox maraq doğuran yeniliklərdən biri yüksək keyfiyyətli şəkil generasiyasıdır. Bu funksiya istifadəçilərə məşhur "Studio Ghibli" üslubunda illüstrasiyalar, maraqlı memlər və vizual kontent yaratmağa imkan verir.