Çin "TikTok"u İlon Maska satır?
"TikTok" nümayəndəsi Çinin sosial şəbəkənin ABŞ bölməsini sahibkar İlon Maska satmaq imkanını nəzərdən keçirməsi barədə şayiələri təkzib edib.
meqale.com oxuya istinadən xəbər verir ki, "Bizdən boş şayiələrə şərh verməyimizi gözləməyin", - deyə "TikTok" nümayəndəsi bildirib.
Qeyd edək ki, Çinin "ByteDance" şirkəti ya sosial şəbəkəni satmalı, ya da 19 yanvara qədər ABŞ ərazisində fəaliyyətini dayandırmalıdır. ABŞ-nin hazırkı dövlət başçısı Co Bayden ötən il bununla bağlı Konqres tərəfindən qəbul edilmiş qanunu imzalayıb.