Çində kömür mədənində qəza: 14 nəfər itkin düşdü
Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
İlkin araşdırmalara görə, mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir.
Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.