Cüdoçularımız Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblar

Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa Kubokunun ilk günündə uğurlu çıxış edib.

Cüdoçularımız Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazanıblar
Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa Kubokunun ilk günündə uğurlu çıxış edib.

meqale.com xəbər verir ki, millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.

60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. Fərid Qarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədə yer alıb. Nihad Məmişov isə Avropa Kubokunda bürünc medal qazanıb.