Daha 30 ailə Füzuli şəhərinə qayıdıb - YENİLƏNİB - FOTO

14:30 Füzuli şəhərinə köçən daha 30 ailəyə (104 nəfər) evlərinin açarları təqdim edilib.

Daha 30 ailə Füzuli şəhərinə qayıdıb - YENİLƏNİB - FOTO
14:30 Füzuli şəhərinə köçən daha 30 ailəyə (104 nəfər) evlərinin açarları təqdim edilib.

meqale.com report-a istinadən xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Bununla da Füzuli şəhərində 500 ailə olmaqla, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

---------- 07:26 Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb.

Bununla da indiyədək Füzuli şəhərində 500 ailənin, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.