Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqləndi

Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqləndi
Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən meqale.com-a verilən xəbərə görə, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.