Daha kiçik "Galenvagen"lər istehsal olunacaq
Dünyaya sonuncu İran şahı Rza Şah Pəhləvidən yadigar qalan "G-Class" "Mercedes" şirkətinin əsl simvolu rolunu oynayır.
meqale.com xəbər verir ki, "Maybach G650 Landaulet", "4x4 Squared" və 6x6 kimi xüsusi versiyaları istisna olmaqla, "Mercedes" indiyə qədər "G-Class" ailəsini kifayət qədər toxunulmaz saxlamağa çalışıb.
İstehsalçı artıq modellə bağlı bu mövqedən əl çəkmək və kompakt "G-Class" istehsal etmək qərarına gəlib.
Şirkət mətbuata açıqlamasında əfsanəvi "G-Class" ailəsinin yeni, daha kiçik versiya ilə genişlənəcəyini vəd edib.