“Dallas”ın aktrisası vəfat etdi

"Dallas" serialındakı rolu ilə tanınan amerikalı aktrisa Pat Kolbert vəfat edib.

“Dallas”ın aktrisası vəfat etdi
"Dallas" serialındakı rolu ilə tanınan amerikalı aktrisa Pat Kolbert vəfat edib.

meqale.com axşam.az-a istinadən bildirir ki, aktrisa iyunun 23-də 77 yaşında dünyasını dəyişsə də, ölümü yeni bəlli olub. O, Kaliforniya ştatının Kompton şəhərindəki evində ölüb. Aktrisanın vida mərasimi iyulun 20-nə planlaşdırılıb. 

Qeyd edək ki, Kolbert səhhətində yaranan problemlərə görə təqaüdə çıxmaq və karyerasını dayandırmaq məcburiyyətində qalıb. Məlumdur ki, aktrisa son on il ərzində üç dəfə insult keçirib.