"Deputatlığa namizədliyi irəli sürülənlərdən 459-u 25 siyasi partiya nümayəndəsidir"

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"İndiyə qədər 481 deputatlığa namizədi qeydə alınıb", - o deyib.

MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir. Ümumilikdə isə 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

"Namizədlərdən 459 nəfər 25 siyasi partiyadan irəli sürülüb. 1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. Namizədlərdən 1333 imza vərəqi alıb və onlardan 802-si qaytarıb", - o əlavə edib.