Devid Bekhem: “Yatağımda oturub ağlamağa başladım”

"İnter Mayami" futbol klubunun sahibi Devid Bekhem argentinalı forvard Lionel Messinin kluba keçidi barədə xəbəri alarkən keçirdiyi hisslərdən danışıb.

meqale.com oxuya istinadən bildirir ki, D.Bekhem söyləyib ki, L.Messinin ABŞ-yə gəlməsi ilə bağlı xəbəri Yaponiyada olarkən oxuyub.

"Yaponiyada idim, səhər saat 4-5-də yataqda idim, telefonuma dayanmadan zənglər daxil olurdu. Həyat yoldaşım məni itələdi və dedi: "Telefonu söndür, yatmaq istəyirəm". Əlimi uzadıb eynəyimi götürdüm və sonra telefonumda oxudum ki, Messi Mayamiyə gəlmək qərarına gəlib. İndiyə kimi bu hadisəni xatırlayanda tüklərim biz-biz durur. Yatağımda oturub ağlamağa başladım", - deyə D.Bekhem vurğulayıb.

Xatırladaq ki, L.Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun