DGK-dən vətəndaşın fiziki təzyiqə məruz qalması iddialarına CAVAB - VİDEO
Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
meqale.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə sərnişin qismində gələn Orxan Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalının gəliş zalında yerləşən gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib:
"Monitorda əks olunan görüntülərə əsasən Orxan Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən Orxan Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.