Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi
Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən polkovnik Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub.
meqale.com Bakupost.az-a istinadən xəbər verir ki, dünən rəis vəzifəsindən azad edilən S.Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkarlanmışdı. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi.