Dünya kubokunun ən ağlasığmaz sensasiyaları

Nüfuzlu "FourFourTwo" jurnalı dünya çempionatları tarixinin ən böyük sensasiyalarının reytinqini açıqlayıb.

Dünya kubokunun ən ağlasığmaz sensasiyaları
Nüfuzlu "FourFourTwo" jurnalı dünya çempionatları tarixinin ən böyük sensasiyalarının reytinqini açıqlayıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, birinci yerdə DÇ-2014-ün yarımfinalında Almaniya millisinin turnirin ev sahibi Braziliya üzərində 7:1 hesablı qələbəsi qərarlaşıb.

İkinci sırada DÇ-1954-ün finalında Qərbi Almaniya yığmasının Ferenc Puşkaşlı Macarıstanın "qızıl komandasını" məğlub etməsi (3:2) yer alıb.

"İlk üçlüy"ü DÇ-1950-nin qrup mərhələsində ABŞ komandasının gözlənilmədən İngiltərəni məğlub etdiyi (1:0) oyun qapayıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun