"Dünyada olan bütün xəstəliklər Saakaşvilidə var"

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti əladır, onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı müvafiq qurum verəcək.

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti əladır, onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı müvafiq qurum verəcək.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

"Əslində bu adam pəhriz saxlayırdı. Əla formadadır, yaxşı görünür. Ola bilsin ki, müvafiq şöbə qərar qəbul etsin", - Kaladze jurnalistlərə deyib.

Tiflis meri vurğulayıb ki, Saakaşvilinin səhhətində heç vaxt problem olmayıb:

"Bu, sadəcə spekulyasiya idi. O, sadəcə olaraq, səhhətində problem varmış kimi ölkəyə qarşı kampaniya aparırdı. Deyəsən, dünyada olan bütün xəstəliklərin hamısı onda var idi. Bunu onun tərəfdarları və ailə üzvləri deyirdi".