Əfsanəvi futbolçu Özbəkistan millisini çalışdıracaq
İtaliyalı keçmiş futbol ulduzu Fabio Kannavaronun yeni iş yeri bəlli olub.
meqale.com xəbər verir ki, jurnalist Fabritsio Romano "X" sosial şəbəkə səhifəsində verdiyin məlumata görə o futbol üzrə Özbəkistan yığmasının baş məşqçilik təklifini qəbul edib.
Bildirilir ki, rəsmi müqavilə iki gün ərzində imzalanacaq. İtaliyalının təyinatı oktyabrın 6-da ictimaiyyətə açıalnacaq.
Xatırladaq ki, Özbəkistan yığması 2026-cı ildə tarixində ilk dəfə dünya çempionatında çıxış edəcək.