“Əgər uşaqda ağır xəstəlik varsa...” - Tanınmış pediatrdan XƏBƏRDARLIQ

"Bəzi məqamlarda peyvəndlər əks göstərişdir. Əgər uşaqda ağır xəstəlik varsa və ya əvvəlki peyvənddən sonra ciddi allergik reaksiya veribsə, ona peyvənd vurdurmaq olmaz".

meqale.com xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini, tanınmış həkim Əli Quliyev bildirib.

"Uşağın yanaşı olaraq immun çatışmazlığı varsa, ona canlı peyvəndlərin vurulması əks göstərişdir. 

Uşaq yaxında antibiotik istifadə edibsə, onda yüngül xəstəlik varsa, uşaqda gipoksiya varsa, yaxud əmgəyi balacadır, ya böyükdür kimi diaqnozlar qoyulubsa, bu vəziyyətlərin heç biri peyvənd üçün əks göstəriş sayılmır. Rahatlıqla peyvəndlər tətbiq oluna bilər", - həkim əlavə edib.

Qeyd edək ki, Azərbaycana artıq böyüklər üçün qızılca əleyhinə peyvəndlər gətirilib. Onlar canlı peyvəndlər sayılır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18%, ölüm halları isə 43% artıb.