"Əl-İttihad" dünya çempionu ilə müqavilə imzalayıb

Fransa millisinin heyətində 2018-ci il futbol üzrə dünya çempionu olan Nqolo Kante Səudiyyə Ərəbistanından "Əl-İttihad" komandasına keçib.

Fransa millisinin heyətində 2018-ci il futbol üzrə dünya çempionu olan Nqolo Kante Səudiyyə Ərəbistanından "Əl-İttihad" komandasına keçib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

İngiltərənin "Çelsi" klubu ilə müqaviləsi sona çatdığı Nqolo Kante yeni komandaya azad agent kimi qoşulub.

Qeyd edək ki, iyunun 6-da "Əl-İttihad" 2022-ci ildə "Qızıl top"un sahibi, Çempionlar Liqasının beşqat çempionu Kərim Benzema ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Fransalı hücumçu klub ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.