Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürdü
İsmayıllıda qadını elektrik cərəyanı vurub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Talıstan kəndində baş verib.
Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.