Əlilliyin qiymətləndirilməsi ilə bağlı qaydalar dəyişdi

"Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nda dəyişikliklər edilib.

Əlilliyin qiymətləndirilməsi ilə bağlı qaydalar dəyişdi
"Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nda dəyişikliklər edilib.

meqale.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydada nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydaya uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edəcək. Qeyd edək ki, əvvəl bu müddət 3 iş günü müddətindən gec olmayaraq nəzərdə tutulmuşdu.