Əlverişsiz hava nəticəsində üç nəfər öldü, 18-i yaralandı
Rusiyanın Kuzbass rayonunda əlverişsiz hava şəraiti höküm sürür.
meqale.com APA-ya istinadən bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sürəti saatda 35 kilometr olan külək evlərin damını qoparıb, ağaclar aşıb.
Hadisə nəticəsində üç nəfər ölüb, 18-i yaralanıb.
Ən çətin vəziyyət rayonun cənubunda müşahidə olunur.
Burada 200 mindən çox insan elektrik enerjisiz qalıb.