Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama

"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbaycanlılarla daim əlaqədədir".

Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama
"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbaycanlılarla daim əlaqədədir".

meqale.com xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. O qeyd edib ki, orada olan soydaşlarımız təlimatlandırılıb:

"Hələlik onların həyati təhlükəsi yoxdur. Sadəcə Rostovda bildiriş verilib ki, heç kəs evdən çıxmasın. Onlar da bu təlimata əməl edirlər. Soydaşlarımızdan onlara kömək lazım olub-olmadığı soruşulub.

Voronejdə isə hələ ki təhlükəli vəziyyət yoxdur. Ona görə orada yaşayan soydaşlarımıza evdən çıxıb-çıxmamaqla bağlı xəbərdarlıq edilməyib. Biz daim əlaqədəyik, nəzarətdə saxlayırıq. Nəsə müraciət  olsa, digər qurumlarla müzakirə edərək orada yaşayan azərbaycanlılara  nə etmək lazımdırsa, edəcəyik".