Emre Belözoğlunun yeni iş yeri bəlli oldu
Türkiyənin "Kasımpaşa" klubu baş məşqçi postuna yeni təyinat edib.
meqale.com xəbər verir ki, klubun mətbuat xidməti bildirir ki, İstanbul təmsilçisi yerli mütəxəssis Emre Belözoğlu ilə razılığa gəlib.
Belözoğlu bu vəzifədə gürcüstanlı Şota Arveladzenin yerini tutub.
Qeyd olunur ki, təcrübəli çalışdırıcı son olaraq Türkiyədə "Antalyaspor" komandasında çalışıb. "Kasımpaşa" Superliqada 14 turun ardından 13 xal toplayaraq hazırda turnir cədvəlində 14-cü sırada yer alır.