Almaniyada təyyarə qəzası - xəsarət alanlar var - FOTO

Almaniyanın Mannhaym şəhərində günorta saatlarında tək mühərrikli yüngül təyyarə yol hərəkətinin ortasında fövqəladə eniş edib. Diamond DA40 tipli təyyarə şəhərin əsas yanğınsöndürmə idarəsinin qarşısındakı yolda dayanıb.

meqale.com xəbər verir ki, polisin verdiyi məlumata görə, təyyarədə olan üç nəfərin hamısı xəsarət alıb. 23 yaşlı pilot ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Təyyarədə olan 37 yaşlı kişi və pilotun 23 yaşlı həyat yoldaşı isə yüngül xəsarətlər alıblar.

Qeyd olunur ki, D-EBPZ qeydiyyat nişanlı təyyarənin zədələnməsinə baxmayaraq, hər iki sərnişin təyyarəni öz gücləri ilə tərk edə bilib və onlara yerində tibbi yardım göstərilib.