Endirimli bilet tələsi: Vətəndaşlar dələduzların hədəfində - XƏBƏRDARLIQ
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib.
meqale.com həmin müraciəti təqdim edir:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.
Dələduzlar öz məqsədlərini "theatre-stage.live" kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.