Əraqçinin kitabı Ermənistanda çap olunacaq – Ön sözü də Mirzoyan yazıb
İran xarici işlər naziri Seyid Abbas Əraqçinin "Danışıqların gücü" kitabının erməni dilinə tərcüməsi yaxın vaxtlarda işıq üzü görəcək.
meqale.com xəbər verir ki, bu barədə "Pars Today" saytı məlumat yayıb.
Kitaba ön sözü Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yazıb.
Kitab İranın Ermənistandakı səfirliyinin səyləri ilə tərcümə edilərək nəşr edilib. /Teleqraf