Ərdoğan keçmiş müxalifət liderinə yüksək vəzifə verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş müxalifət lideri, İYİ partiyanın eks sədri Maral Akşeneri köməkçisi təyin edəcək.
meqale.com report-a istinadən xəbər verir ki, bu iddia ilə jurnalist Erdal Sağlam çıxış edib.
Qeyd olunub ki, onun təyinatı artıq dəqiqləşib.
E.Sağlamın sözlərinə, bununla da Ərdoğanın köməkçilərinin sayı ikiyə çatdırılıb.
Hazırda onun köməkçisi ölkənin vitse-prezidenti Cevdet Yılmazdır.
Qeyd edək ki, qarşıdakı aylarda Türkiyə Nazirlər Kabinetində dəyişiklik olacağı gözlənilir. İddiaya görə, ən azı altı nazir vəzifəsindən azad ediləcək.