Ermənistan antisemitizm içində batıb qalıb - Dünya ictimaiyyəti susmamalıdır
Ermənistanda antisemitizm son il ərzində getdikcə daha da güclənməkdədir. Hamımız bu ölkədə çoxsaylı antisemitizm insidentlərinin şahidi olmuşuq. Ən çox narahatlıq doğuran isə odur ki, bu insidentlərin böyük hissəsi rəsmi İrəvan tərəfindən tamamilə görməzdən gəlinib. Bundan başqa, son dövrdə, xüsusən Qəzza zolağında münaqişə başlayandan sosial şəbəkələrin erməni seqmentində anti-İsrail və anti-yəhudi mövqeyinin və nifrətin səviyyəsi əhəmiyyətli dərəcədə artıb.
2023-cü ilin sentyabrından Ermənistandakı yeganə sinaqoqun yandırılmasına üç dəfə cəhd göstərildi. Son yandırma cəhdlərinin arxasında duran və terrorçu təşkilat kimi tanınan "Ermənistanın azadlığı naminə gizli erməni ordusu" (ASALA) bütün dünyada ravvinlərə və israillilərə hücum edəcəkləri ilə hədələdi. Bununla belə, yerli təhlükəsizlik xidmətləri sinaqoqun mühafizəsi üçün heç nə etmədi, hakimiyyət ASALA-nın artıq mövcud olmadığını, guya ləğv olunduğunu iddia etdi.
Oktyabrın 4-də bu təşkilat tərəfindən İrəvanda sinaqoqa qarşı növbədi barbar hücum təşkil olundu. Erməni terrorçular "tezliklə daha cəsur əməliyyatların keçiriləcəyini" açıqladılar.
"Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim diqqətimizdə olacaq", - terrorçu təşkilatın məlumatında deyilir.
Sinaqoqu son yandırma cəhdinin hansısa kimliyi müəyyən edilməmiş, Ermənistana Rusiyadan gəlmiş və elə həmin gün ölkəni tərk etmiş şəxslər tərəfindən törədildiyi qeyd olunub. Bununla bağlı heç bir sübut təqdim olunmadı, cinayətkarları tutmaq üçün heç bir cəhd göstərilmədi, ola bilsin, ona görə ki, 1980-ci illərdə Livanda fələstinli terrorçularla yanaşı, İsrailə qarşı döyüşən ASALA liderləri ermənilərin milli qəhrəmanları hesab olunur.
Ermənistanda antisemitizm bununla məhdudlaşmır. Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisinin keçmiş müşaviri və Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş baş müşavirinin köməkçisi Vladimir Poqosyan antisemist yanaşma nümayiş etdirərək, HƏMAS və "Hizbullah"ı yəhudilərin təqibində dəstəkləyəcəyini bildirib. Ermənistanda "milli təhlükəsizlik üzrə ekspert" olaraq bilinən Poqosyan deyib, "Mən Holokostu təkzib edirəm" və əlavə edib: "Yəhudilər yer üzündə yaşamaq hüququ olmayan destruktiv elementlərdir".
Bu ilin əvvəlində isə Qarabağdakı keçmiş qanunsuz erməni separatçı rejimin qondarma "müdafiə qüvvələrinin ilk komandiri" Arkadi Karapetyan İsrailin guya öz silahlarını "Azərbaycanın əli ilə" Qarabağ ermənilərinin üzərində sınaqdan keçirdiyini iddia edib. İstər Ermənistanın özündə, istərsə də ölkədən kənardakı bir çox erməni KİV bu nöqteyi-nəzəri dəstəkləyir. İngilisdilli "Armenian Weekly" nəşri Bakı və Təl-Əvivin Qarabağda ermənilərin qondarma "etnik təmizlənməsi" üzərində "birgə çalışdığını" iddia etmişdi.
Ermənistanda son il ərzində formalaşmış bu antisemitizm mühiti İsrailin Diasporla İş və Antisemitizmlə Mübarizə Nazirliyi tərəfindən rəsmi hesabatlarda qeyd olunub, sonuncu hesabat isə 25 sentyabr 2023-cü il tarixində dərc olunub.
Diasporla İş Nazirliyi sənədində ermənilərin Holokost mövzusundan öz təbliğatçı məqsədlərində istifadə edərək, İkinci Dünya müharibəsi zamanı yəhudilərin kütləvi qətlini "Qarabağdakı vəziyyətlə" müqayisə etdiyini qeyd edib. Yəhudi əsirlərin 1945-ci ildə Daxau həbs düşərgəsindən azad olunması kadrlarından Holokost dövründə yəhudilərin həyatı ilə ermənilərin Qarabağdakı həyatını müqayisə etmək cəhdində istifadə olunur. Sənədə əsasən, "Ermənistanın sosial şəbəkələrində İsrail və yəhudilər Azərbaycanı dəstəkləməkdə ittiham edilir və bu zaman antisemitizm motivlərindən istifadə olunur"
Elə həmin ayın əvvəlində İsrailin Diasporla İş Nazirliyi qeyd edib ki, tanınmış yəhudi təşkilatı olan Avropa Ravvinlər Mərkəzinin erməni rəsmilərinə müraciət edərək Holokostdan öz təbliğat məqsədlərində istifadə etməyə son vermələrini xahiş etdikdən sonra "Ermənistanın sosial şəbəkələrində antisemitizm ritorikasında nəzərəçarpan artım müşahidə olundu. Buraya həmçinin yəhudilərə qarşı zorakı əməllərə çağırışlar da daxil idi".
Bunlar son il ərzindəki erməni antisemitizminə dair yalnız bir neçə nümunədir. Müxtəlif peşəkar kütləvi informasiya vasitələri, İsrailin dövlət müəssisələri və Qlobal Antisemitizm Siyasətinin Tədqiqi İnstitutu və Begin-Sadat Strateji Tədqiqatlar Mərkəzi kimi təhlil mərkəzləri tərəfindən hələ bir çox bu kimi hallar sənədləşdirilib.
Antidiffamasiya Liqası tərəfindən 2014-cü ilin may ayında dərc olunan antisemitizm İndeksinə əsasən, Ermənistanın yetkin əhalisinin yarıdan çoxu (58 faizi) bu və ya digər antisemitizm stereotiplərinə malik olub. Bununla belə, respondentlərin 72 faizi yəhudilərin işgüzar dünyada çox böyük hakimiyyətə malik olduğundan, yəhudilərin beynəlxalq maliyyə bazarlarında çox böyük hakimiyyətə malik olduğundan əmin olub və ya bunu istisna etməyib; yəhudilərin "ABŞ-yə nəzarət etdikləri" və "qlobal məsələlərə çox güclü nəzarət etdikləri" ilə bağlı ənənəvi ittihamları isə bütün ölkə üzrə respondentlərin yarıdan çoxu səsləndirib, 40 faiz isə "yəhudilərin əksər dünya müharibələrinin çoxuna görə yəhudilərin məsuliyyət daşıdığını" hesab edib.
2016-cı ildə ABŞ-nin "Pew Research Center" tədqiqat mərkəzi tərəfindən 18 Avropa ölkəsində keçirilən sorğuya əsasən, erməni respondentlərin 32 faizi yəhudilərin həmvətəndaş kimi qəbul etməyə hazır olmayıb - bu, araşdırılan ölkələr arasında ən yüksək faiz olub. Erməni respondentlərin yalnız 18 faizi yəhudiləri öz ailə üzvü kimi qəbul etməyə hazır olduğunu bildirib.
Ermənistan onilliklər boyunca digər xalqlara qarşı ədavət hissini dəstəkləməkdədir ki, bu da təkcə türkofobiya və Azərbaycanofobiyada deyil, həm də antisemitizm mövqeyinin təzahüründə özünü göstərir.
Baxmayaraq ki, artıq XXI əsrin dörddə birinin artıq ötüb keçib, dünya ictimaiyyətində müxtəlifliklərə hörmət olunur və bir-birinin baxışı nəzərə alınır, Ermənistana monoetnik ölkə olaraq indiyə kimi tarixi kökləri olan neonasist və antisemitizm tendensiyalarını qoruyub saxlayır. Nəticədə, bu gün Ermənistan dünyada antisemitizm çağırışlarının ən çox olduğu kimi ölkə kimi ayrılır.
TREND