"Ermənistan bu barədə Rusiyaya məlumat verməyib"
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın MDB və KTMT tədbirlərini iqnor etməsinə münasibət bildirib.
meqale.com APA-ya istinadən bildirir ki, illik mətbuat konfransında Putin Moldova və Ermənistanın inteqrasiya layihələrindən imtina etməsi təhlükəsi ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, Rusiya öz inteqrasiya planlarını bu prosesin iştirakçıları ilə könüllülük şəraitində qurur:
"Moldova bu inteqrasiya prosesindən imtina edirsə, bu, onların seçimidir. Moldova Avropanın ən kasıb ölkəsidir. Hazırda Ukrayna həmin mövqedədir. Bizim üçün Moldovanın MDB-də olmasının elə də dəyəri yoxdur. O ki qaldı Ermənistana, düşünmürəm ki, Ermənistanın MDB və ya Avrasiya İttifaqı , KTMT üzvlüyünə xitam verilməsi onun maraqlarına uyğundur".
Putin həmçinin, bəyan edib ki, Qarabağdan imtina edən Rusiya deyil.