Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.

Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.

meqale.com report-a istinadən xəbər verir ki, "Onlar siyasi meyitlərdir. Nə Robert Köçəryan, nə də Serj Sarkisyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür", - Simonyan jurnalistlərlə söhbətində deyib.

Baş nazir Nikol Paşinyan martın 27-də parlamentdə "hökumət saatı" zamanı deyib ki, keçmiş prezidentlər ona təslimçi adlandırırlar. O, növbəti dəfə Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı debata dəvət edib və aqressiv tonda "onları divara sıxacağını" bildirib. Paşinyan iddia edib ki, divardan "siyasi meyitlərin qalıqları qoparılacaq".