Rusiya Fransada zorakılığın görünməmiş artımından hədsiz narahatdır - Zaxarova

Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb

Rusiya Fransada zorakılığın görünməmiş artımından hədsiz narahatdır - Zaxarova
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

M.Zaxarova bildirib ki, 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən öldürülməsi və bunun nəticəsində baş verən kütləvi etirazlar dalğası bütün dünyaya özünü insan hüquqlarının vətəni hesab edən Fransada problemlərin həqiqi miqyasda olduğunu göstərdi. Fransa hüquq-mühafizə orqanlarının küçə etirazları fonunda hərəkətləri hüquqi çərçivədə qalmalıdır.

"Rusiya Xarici İşlər Nazirliyi Fransada böhran vəziyyətindən və zorakılığın görünməmiş artımından hədsiz narahatdır. Bu, müasir Fransa cəmiyyətinin artan problemlərinin və onda dərin ziddiyyətlərin olmasının bariz sübutudur. Hüquq-mühafizə orqanlarının hərəkətlərinin ciddi şəkildə hüquqi müstəvidə saxlanmasının vacibliyini, vətəndaşlara qarşı hər hansı formada polis zorakılığının yolverilməzliyini, xüsusən də bu, şəxsin etnik mənsubiyyətindən qaynaqlanırsa vurğulamaq istərdik", - deyə diplomat qeyd edib.

O vurğulayıb ki, Fransadakı vəziyyət ümumi Avropa qitəsində təhlükəsizliyi təhdid etməməlidir.

Rusiya XİN rəsmisi son vaxtlar Fransada ksenofobiyanın, miqrantlara qarşı düşmənçiliyin, antisemitizm təzahürlərinin artdığına da qeyd edib.