Ermənistanda delimitasiyaya qarşı olanlar İrəvan-Armavir yolunu bağladı

Ermənistan və Azərbaycan hökumətləri arasında sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmaya etiraz edən bir qrup sakin səhər saatlarından İrəvan-Armavir yolunu bağlayıb.

meqale.com APA-ya istinadən bildirir ki, etirazçılara "Ermənistan" blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan da qoşulub.

Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib. Polis aksiya iştirakçılarından ərazini boşaltmağı tələb edib. Onlara bildirilib ki, əks halda bu, polisin qanuni tələbinə tabesizlik kimi qiymətləndiriləcək və adekvat tədbirlər görüləcək.