Ermənistanda partlayış: yaralı var
Bu gün, iyunun 23-də Kotayk rayonunun Ağveran qəsəbəsindəki "Ararat Resort" otel kompleksinin keçid məntəqəsində partlayış baş verib.
meqale.com musavat.com-a istinadən bildirir ki, səbəbi açıqlanmayan hadisə saat 07:30 radələrində baş verib.
Partlayış nəticəsində bir nəfər İrəvandakı Milli Yanıqlar və Dermatologiya Mərkəzinə yerləşdirilib.
Hadisə yerinə Çarentsavan Yanğından Mühafizə Hissəsinin 1 nəfər döyüş heyəti gəlib.