Ermənistandakı AES-in bağlanması gözlənilir?

"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün addım atmaq niyyətində olmadığını bəyan edib.

Ermənistandakı AES-in bağlanması gözlənilir?
"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün addım atmaq niyyətində olmadığını bəyan edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi deyib.

"Atom Elektrik Stansiyası ilə bağlı hər hansı bir problem yaranarsa, dərhal Ermənistan hökumətinə məlumat verəcəyik. Problemin olduğunu və zəruri addımlar atılmalı olduğunu bildirəcəyik. Amma hələlik onun fəaliyyətinin davam etdiriləcəyini söyləyə bilərik. Ermənistan AES-in təhlükəsizliyini gücləndirmək üçün AEBA ilə əməkdaşlığı davam etdirir". - deyə o qeyd edib.

Qeyd edək ki, bu stansiya 1969-1977-ci illərdə Ermənistan SSR ərazisində Metsamor şəhəri yaxınlığında tikilib.